Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il üçün TƏKLİFLƏR SORĞUSU elan edir
28-09-2012


Hörmətli iş adamları!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya tikiləcək yeni inzibati binanın mühəndis-geoloji, geofiziki və topoqrafiya işlərinin aparılması və hesabatın hazırlanması işinin yerinə yetirilməsi və ehtimal olunan layihə-smeta dəyərinin hazırlanması işlərinin təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

  1. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 04 oktyabr 2012-ci il tarixinədək qəbul olunur.
  2. Tələb olunan sənədlər:
  • Nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  • Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  • Kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə) ;
  • Vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
  • Vergi uçotu haqqında arayış (əgər sadələşdirilmiş vergi ödəyicisidirsə).

Ünvan: Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Əlaqələndirici şəxs Vəli Məstəliyev. Telefonlar: 465-44-10; Fax: 465-87-96 Tender komissiyası

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag