Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Açıq Tender
15-02-2012


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kompyuter texnikası və ofis avadanlığının satınalması üzrə Açıq Tender Elan Edir

Tender 1(bir) lot üzrə aparılır.

Lot-1. Kompyuter texnikası və ofis avadanlığının satınalması (Digər maşın və avadanlıqlar). Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot-1. 250 manat

Təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (VÖEN: 1700510621), 1 saylı Xəzinədarlıq İdarəsi.


Hesablaşma hesabı: 33205019449328518204 XHK№2548501

VÖEN: 1700986181 (1 saylı Xəzinədarlıq İdarəsi)

Bank: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filialı

Kodu: 805722

Müxbir hesabı: 0137010002944

S.W.İ.F.T. bik: IBAZAZ2X

VÖEN(bank): 9900001881


İştirak haqqı heç bir halda qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) və iş qrafikini 28 mart 2012-ci il tarixinə qədər, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 05 aprel 2012‑ci il saat 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyaya (ünvan: K. Rəhimov küçəsi, 874-cü məhəllə, indeks AZ1110) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 06 aprel 2012-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Vəli Məstəliyev

Telefon: 465-87-93, daxili 126

Faks: 465-87-96

E-mail: v.mastaliyev@csc.gov.az

Ünvan: Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə, indeks AZ1110

Tender Komissiyası

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag