Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir
11-03-2016


10-11 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində “Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd təlim iştirakçılarının komanda qurma və motivasiya üzrə yeni biliklər əldə etməsini təmin etmək, onların komanda qurmaq, komandada səmərəli fəaliyyət göstərmək və düzgün motivasiya bacarıqlarını artırmaq olmuşdur.

Təlimdə Vergilər Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Maliyyə Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag