Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir
18-02-2016


2016-cı il 17-18 fevral tarixində “Komandanın qurulması və motivasiya” mövzusunda təlim təşkil edilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd komandanın müxtəlif inkişaf mərhələlərində davranış qaydalarının və effektiv komandanın yaradılması üsullarının iştirakçılara çatdırılması, komanda işinə və motivasiyaya olan tələbatın düzgün müəyyənləşdirilməsi olmuşdur.

Təlimdə Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Energetika Nazirliyinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag