Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Şəki şəhərində təlimlər keçirilmişdir
19-02-2016


2016-cı il 15, 16 və 18, 19 fevral tarixlərdə Şəki şəhərində “Komandanın qurulması və motivasiya” və “Münaqişələrin idarə edilməsi və danışıqların aparılması bacarıqları” mövzularında təlimlər keçirilmişdir. Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində təşkil edilmişdir.

Təlimlərin keçirilməsində məqsəd münaqişənin səbəbinin düzgün müəyyən edilməsi, aparılması və vasitəçilik bacarıqlarının inkişaf etdirilməsi, düzgün və yalnış motivasiya üsulları haqqında məlumatın verilməsi və komandanın inkişaf mərhələlərinin müəyyənləşdirilməsi olmuşdur.

Təlimlərə Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun Şəkidə yerləşən bölmələrinin əməkdaşları cəlb edilmişdir.

Təlimlərin digər rayon və şəhərlərdə də keçirilməsi planlaşdırılır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag