Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Layihələrin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir
16-02-2016


2016-cı il 11-12 fevral tarixində bir qrup dövlət qulluqçusu üçün “Layihələrin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd layihənin idarə edilməsi üzrə praktiki bacarıqların əldə edilməsi, layihənin və resursların idarə edilməsinə dair bacarıqların formalaşdırılması və möhkəmləndirilməsi olmuşdur.

Təlimə Nəqliyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag