Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Müsahibə aparmaq bacarıqları” mövzusunda təlim keçirilmişdir
08-02-2016


2016-cı il 4-5 fevral tarixində bir qrup dövlət qulluqçusu üçün “Müsahibə aparmaq bacarıqları” mövzusunda təlim keçirilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd iştirakçıların müsahibə aparmaq bacarıqları üzrə yeni biliklər əldə etməsinin təmin edilməsi, müsahibələrin strukturu, qiymətləndirmə meyarları haqqında məlumatlandırılması, iştirakçılarda meyarlar üzrə qiymətləndirmə vərdişlərinin formalaşdırılması və müsahibələr zamanı yol verilən səhvlərin aradan qaldırılması olmuşdur.

Təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag