Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Vaxtın idarə edilməsi və iş bölgüsü” mövzusunda təlim keçirilmişdir
03-02-2016


1 və 2 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində dövlət qulluqçuları üçün “Vaxtın idarə edilməsi və iş bölgüsü” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd vaxtın idarə edilməsi üzrə mövcud bilikləri nizamlamaq, vaxtın idarə olunması ilə bağlı müasir sistem, metod və vasitələrlə iştirakçıları tanış etmək, iş bölgüsü ilə bağlı yeni metodlardan istifadə və effektiv iş bölgüsünün aparılması vərdişlərinin formalaşdırılması olmuşdur.

Təlimə Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag