Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik” mövzusunda təlim keçirilmişdir
29-01-2016


2016-cı il yanvarın 28-29-da “Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik” mövzusunda təlim keçirilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində təşkil edilmişdir.

Təlimin keçirilməsində məqsəd münaqişənin həlli üsullarının işlənməsi, mərhələlərinin fərqləndirilməsi, danışıq aparılması bacarıqlarının inkişaf etdirilməsi və vasitəçilik haqqında ümumi anlayışın formalaşdırılması olmuşdur.

Təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag