Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilmişdir
22-01-2016


2016-cı il yanvarın 21-22-də bir qrup dövlət qulluqçusu üçün “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində təşkil edilmişdir.

Təlimin keçirilməsində məqsəd insan resurslarının idarə edilməsinin əhəmiyyəti, funksiyaları və vəzifələri haqqında iştirakçıların məlumatlılığın artırılması, səmərəli insan resurslarının idarə edilməsi vərdişlərinin formalaşdırılması olmuşdur.

Təlimə Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Milli Arxiv İdarəsinin əməkdaşları cəlb edilmişdir.

Təlimlər müxtəlif mövzular üzrə davam edəcək.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag