Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Layihələrin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir
23-12-2015


21 və 22 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində dövlət qulluqçuları üçün “Layihələrin idarə edilməsi” mövzusunda pilot təlim keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd layihənin və layihəni idarə etmənin mahiyyətini təlim iştirakçılarının nəzərinə çatdırmaq, layihə mərhələlərinin müəyyənləşdirilməsi, layihələrin ardıcıllıqla təşkili, planlaşdırma üsullarından istifadə üzrə vərdişlərin formalaşdırılması olmuşdur.

Təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və potensial təlimçilər cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag