Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

"Təlim sahəsində keyfiyyətin idarə edilməsi sistemləri” mövzusunda təlim keçirilmişdir
04-12-2015


3-4 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” Layihəsi çərçivəsində “Təlim sahəsində keyfiyyətin idarə edilməsi sistemləri” mövzusunda təlim keçirilmişdir.

Beynəlxalq ekspert tərəfindən keçirilən təlim, təlimlərin təşkili və keçirilməsi sahəsində fəaliyyət göstərən qurumlarda keyfiyyət idarəetmə prinsipləri, bu sahədə yanaşmalar, beynəlxalq keyfiyyət sistemləri, bu sahədə xüsusi standartlar və təlim mərkəzlərinin idarə edilməsi ilə bağlı mövzuları əhatə etmişdir.

Təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin, Maliyyə Nazirliyinin Elm-Tədris Mərkəzinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları cəlb edilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag