Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Təlimçilər üçün təlim keçirilmişdir
23-11-2015


2015-ci il 18-20 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.

“Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzusunu əhatə edən modul üzrə təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Dənizkənarı Bulvar İdarəsinin, GIZ-in əməkdaşları və digər potensial təlimçilər cəlb edilmişlər. Təlimin əsas məqsədi gələcəkdə dövlət qulluqçuları üçün təlim keçəcək təlimçilərin təlim keçmə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təlimçilər üçün növbəti təlim 2015-ci il 23-25 noyabrda keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag