Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Liderlik bacarıqları” mövzusunda təlim keçirilmişdir
06-11-2015


4 - 6 noyabr 2015-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən dövlət qulluqçuları üçün “Liderlik bacarıqları” mövzusunda təlim təşkil edilmişdir.
Təlimin keçirilməsində məqsəd iştirakçılarda liderlik vərdişlərinin formalaşdırılması olmuşdur.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Səhiyyə Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Dənizkənarı Bulvar İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları iştirak etmişdir.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilmişdir.

Növbəti təlim 2015-ci il 18-20 noyabr tarixlərində keçiriləcək və mövzusu “Təlimçilərin təlimi” olacaq.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag