Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı dövlət qulluqçularına təlim keçmişdir
27-10-2015


27 oktyabr 2015-ci il tarixdə Dovlət Statistika Komitəsi Aparatının və Bakı Şəhər Statistika İdarəsinin əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdir müavini Elvin Əliyev “Maraqlar toqquşmasının qarşısının alınması”, “Etik davranış qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi ilə bağlı huquqi mexanizmlərin öyrənilməsi” mövzularında təlim keçmişdir.

Təlimə 30 dövlət qulluqçusu cəlb edilmişdir. Təlimin məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, ictimai diskussiyaya şəraitin yaradılması, vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və Dövlət Statistika Komitəsində qulluq keçən dövlət qulluqçularının etik məsələlər, maraqların toqquşmasının qarşısının alınması üzrə biliklərinin artırılmasından ibarət olmuşdur. Təlim etik davranış qaydalarının mahiyyəti, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər və digər mövzular üzrə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı digər aktual mövzuları əhatə etmişdir.

Sonda etik məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag