Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir
23-10-2015


22 və 23 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən “Komandanın qurulması və motivasiya” modulu üzrə təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd iştirakçılarda motivasiyaya olan tələbatın düzgün qiymətləndirilməsi, düzgün motivasiya vasitəsinin seçilməsi və komanda qurmaq vərdişlərinin formalaşdırılması olmuşdur.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Ali Məhkəmənin, Nəqliyyat Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları iştirak etmişdir.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində təşkil edilmişdir.

Növbəti təlim 4-6 noyabr 2015-ci il tarixdə “Liderlik bacarıqları” mövzusu üzrə keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag