Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Vaxtın idarə edilməsi və iş bölgüsü” mövzusunda təlim keçirilmişdir
15-10-2015


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində hazırlanan standart təlim modulları üzrə təlimlərin keçirilməsinə başlanılmışdır.

14 və 15 oktyabr 2015-ci il tarixdə dövlət qulluqçularının idarəetmə qabiliyyətlərinin inkişafı və idarəetmənin müasir texnologiyalarının mənimsənilməsi məqsədi ilə “Vaxtın idarə edilməsi və iş bölgüsü” modulu üzrə təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Səhiyyə Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

Növbəti təlim 22 və 23 oktyabr 2015-ci il tarixdə “Komandanın qurulması və motivasiya” mövzusu üzrə keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag