Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

İKT sahəsində təlim modulları üzrə təlim keçirilmişdir
16-09-2015


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-ci ildən Koreya Respublikasının İnçxon şəhərində yerləşən İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Regionu üzrə Təlim Mərkəzi (UN-APCICT) ilə əməkdaşlıq edir. Əməkdaşlığın əsas məqsədi Təlim Mərkəzinin İKT sahəsində olan təlim modullarının ölkəmizdə tətbiq edilməsidir. Mərkəzin “İKT və hərtərfli inkişaf arasında əlaqə”, “e-hökumətin tətbiqi”, “Nəzəriyyədə və təcrübədə İKT layihələrinin idarə olunması”, “İnternet idarəçiliyi” və “İnformasiya təhlükəsizliyi və toxunulmazlıq” modullarının 14-18 sentyabr tarixlərdə təlimləri keçirilmişdir. Təlimlər Bakı Elektron Hökümət Təlim Tədris Mərkəzində Komissiya və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə təşkil edilmişdir.

Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Vergilər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Dəniz Administrasiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak etmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag