Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“İş bölgüsü və vaxtın idarə edilməsi” mövzusunda təlim keçirilmişdir
24-07-2015


2015-ci il 23-24 iyul tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində “İş bölgüsü və vaxtın idarə edilməsi” mövzusunda hazırlanan standart təlim modulu üzrə təlim keçirilmişdir.

Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Dəniz Administrasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və Layihəyə potensial təlimçi qismində cəlb edilən mütəxəssislər iştirak etmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag