Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Münaqişələrin idarə edilməsi, danışıqların aparılması və vasitəçilik bacarıqları” mövzusunda təlim keçirilmişdir
15-07-2015


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində hazırlanan standart təlim modulları üzrə pilot təlimlərin keçirilməsi davam edir.

Növbəti pilot təlim 2015-ci il 14-15 iyul tarixlərində “Münaqişələrin idarə edilməsi, danışıqların aparılması və vasitəçilik bacarıqları” mövzusu üzrə təşkil edilmişdir. Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyin, Dövlət Sosial Müdafiə Fondunun, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Səhiyyə Nazirliyin, Nəqliyyat Nazirliyin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları iştirak etmişdir.

Layihə çərçivəsində növbəti təlim “İş bölgüsü və vaxtın idarə edilməsi” mövzusunda keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag