home page mailto zoom out normal zoom in

Sorğu

Dövlət qulluğunda iş həftəsi ərzində adətən iş saatlarından artıq müddətdə işləyirsinizmi?
 
Dövlət qulluğunda əmək məzuniyyəti hüququndan necə istifadə edirsiniz?
 
Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış
15.11.09 15:46

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.

II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

Facebook Myspace MSN Live